
Rəhimova Braziliya çempionu oldu
- 10:09
- 60
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Polina Rəhimova Braziliya çempionu adını qazanıb. "Rekrod.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi "Osasco" finalda "Sesi Volley Bauru" klubu ilə üz-üzə gəlib.
Oyun voleybolçumuzun komandasının üstünlüyü ilə başlasa da rəqib sonradan ümumi hesabı bərabərləşdirə bilib. Lakin Polina və rəfiqələri sonrakı setləri də qalib başa vurublar. Gərginliyi ilə yadda qalan bu matçda 3:1 (26:24, 19:25, 28:26, 25:20) hesabı ilə qələbə qazanan "Osasco" Braziliya çempionu adına da sahib çıxıb.
Yığmamızın üzvü bu görüşdə əvəzetmə ilə oynayıb. Rəhimova meydanda olduğu müddətdə komandasına iki dəfə hücumdan xal qazandırıb.
Qeyd edək ki, Polina Rəhimova "Osasco" ilə bu mövsümdə artıq 3-cü titula sahib çıxır. Belə ki, təcrübəli voleybolçumuz bundan əvvəl komandasıyla Paulista çempionu olub və Braziliya kubokunu qazanıb.