AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının 24-cü turunda qeydə alınan mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.


Rekord.az xəbər verir ki, mütəxəssis bu barədə qurumun mətbuat xidmətinə açıqlama verib.


O, ümumilikdə 5 oyundakı mübahisəli epizodu dəyərləndirib.


Mütəxəssis hakimlərin həmin vəziyyətlər zamanı düzgün qərarlar verdiyini bildirib.