Premyer-liqa və birinci divizionda olduğu kimi, Region Liqasında da mövsüm finiş xəttinə yaxınlaşır.

Rekord.az xəbər verir ki, 1/4 final mərhələsinin cavab qarşılaşmalarından sonra artıq “dördlər final”ına, daha dəqiq desək, yarımfinal qarşılaşmalarına start veriləcək.


Əvvəlki illərin təcrübəsinə əsaslansaq, Region Liqasında yarımfinallar bir stadionda keçirilməlidi. Görəsən, cari mövsümdə hansı arena “dördlər finalı”na evsahibliyi edəcək?

Bu suala cavab tapmaq üçün liqanın keçrilməsində təşkilatı işlərə cavabdehlik daşıyan AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyevlə əlaqə saxladıq. Vəliyev məsələ ilə bağlı “Football-plus.az” saytına bunları dedi:
 

“Gəlin hadisələri qabaqlamayaq. Hələ ki 1/4 final mərhələsinin cavab görüşləri keçirilməyib. Bu matçlar başa çatandan sonra sualınıza dəqiq cavab verə bilərəm. Yarımfinalların harda keçirilməsi ilə bağlı bu mərhələyə yüksələn komandaların da fikrini öyrənməliyik. Burda əsas məsələ neytrallıqdı. Ola bilər ki, ötən illərdə olduğu kimi, bu dəfə də yarımfinal qarşılaşmaları Bakıda oynanılsın. Ancaq bölgə də istisna olunmur. Komandalar bölgə variantına üstünlük versə, oyunları Şamaxı şəhər stadionunda keçirməyi planlaşdırırıq”.