AFFA Region Liqasında pley-off mərhələsinin püşkü atılıb.


Rekord.az xəbər verir ki, AFFA-nın inzibati binasında baş tutan tədbirdə 1/8 final mərhələsinin cütləri müəyyənləşib.


Həmçinin iştirakçı komandaların 1/4 final və yarımfinaldakı potensial rəqibləri də bəlli olub.


1/8 finalın cütləri:

“Xəzər” (Ağcabədi) – “Qovlar”

“Zəngəzur” – “Viləş”

“Samur” – “Şirvanovka”

“Biləsuvar” – “Ağsu Siti”

“Mil” (Beyləqan) – “Ramana”

“Marafon” – “Qobustan”

“Şəfəq” – “Beyləqan”

“Bərdə” – “Lənkəran”

 

1/8 final mərhələsinin ilk oyunları martın 14-15-də, cavab görüşləri isə 28-29-da keçiriləcək.