
"Region Liqası"nda daha bir komanda dağılmaq təhlükəsi ilə üz-üzə
- 30 Mar 2022 12:00
- 1037
"Region Liqası"nda çıxış edən daha bir komanda dağılmaq təhlükəsi ilə üz-üzədir.
Rekord.az xəbər verir ki, söhbət "İmişli" komandasından gedir.
Pley-offun ilk matçında evdə "Cəbrayıl"a 1:5 hesabı ilə uduzan komanda cavab oyunu üçün səfərə getməyə pul tapmır. Odur ki, cavab oyununun baş tutması sual altındadır. Komanda birtəhər pul tapıb səfərə yollansa belə, bundan sonra komandanın fəaliyyətini davamat etdirəcəyi də qaranlıqdır. Çünki nə yerli iş adamları, nə icra hakimiyyəti komandaya kömək edir.