Bu gün AFFA-nın inzibati binasında AFFA Region Liqasının pley-off mərhələsinin püşkü atılıb.

Rekord.az xəbər verir ki, pley-offun ilk oyunlar 8-9 aprel, cavab qarşılaşmaları isə 15-16 aprel tarixlərində keçiriləcək.

Püşkün nəticəsini təqdim edirik:

Birinci mərhələ
 
1. “Marxal-Şəki” – “Qobustan”
2. “Ağsu-06” – “Xəzər Lənkəran 42”
3. “Qala-Şəmkir” – “Çinar-Zəngilan”
4. “Neftçala” – “Karvan”
5. “Araz” (Saatlı) – “Qusar”
6. “Füzuli” – “Şirvanovka”
 
1/4 final

7. I cütün qalibi - II cütün qalibi
8. III cütün qalibi - IV cütün qalibi
9. V cütün qalibi – VI cütün qalibi

Qeyd: Naxçıvan Region Liqasının qalibi 4-cü komanda kimi yarımfinal mərhələsinə vəsiqə qazanacaq və yarımfinalda IX cütün qalibi ilə qarşılaşacaq. Yarımfinal və final qarşılaşmaları bir oyundan ibarət olmaqla neytral meydanda təşkil olunacaq.