
"Region Liqası" ləğv oluna bilər
- 10 İyn 2023 13:00
- 698
Il divizionu yaradılması "Region Liqası" nın gələcəyini sual altına alıb.
Rekord.az-ın əldə etdiyi məlumatına görə, AFFA da bununla bağlı fikir ayrılığı yaranıb.
Bir qrup liqanın, ümumiyyətlə, ləğvini, burada oynayan komandaların isə daha öncədən olduğu kimi, Həvəskarlar Liqasına yönləndirilməsini məqbul sayır. Digər qrup isə liqanın saxlanılmasını istəyir. Yekun qərarı isə iyunun 15-də AFFA İcraiyyə Komitəsinin verəcəyi gözlənilir.