
"Region Liqası" komandalarının I Diviziona yolunu bağlayan səbəb
- 21 Apr 2022 15:00
- 770
Mövsümün əvvəlində Elxan Məmmədov əksər "Region Liqası" komandaları ilə görüşdü, onlara I Divizionla bağlı vəd verdi. Həmin komandalar da bundan həvəslənib divizina hesablanmış komanda formalaşdırmağa başladı. Bu mənada "Xan Lənkəran" və "Cəbrayıl"ın adı xüsusi hallanırdı.
Lakin Rekord.az xəbər verir ki, hər şey heç də bu qədər asan olmayacaq.
İş ondadır ki, reqlamentə görə yeni yaranan komanda I Divizionda oynamaq üçün 3 il "Region Liqası"nda mübarizə aparmalıdır. "Xan Lənkəran" və "Cəbrayıl" isə yeni yaranıb və "Region Liqası"nda ilk mövsümdür oynayırlar. Yəni reqlament əsas götürülsə, onların yeni mövsüm I Divizionda oynaması mümkün olmayacaq.