
Regekampfla bağlı qərarı bu şəxs verəcək
- 10 İyn 2023 12:00
- 727
"Neftçi" geridə qalan mövsümü fiasko ilə başa vursa da, baş məşqçi Regekampfla bağlı qərar hələ də verilməyib.
Rekord.az xəbər verir ki, ortada təzminat məsələsi olduğu üçün idarə heyətində yer alan üzvlər fikir bildirməyə çəkinir.
Hər kəs yekun qərarı idarə heyətinin sədri Rövşən Nəcəfin verməsini istəyir. Yəni dolayısı ilə məsuliyyəti ona yükləmək istəyir. Bunun üçün isə idarə heyətinin toplantısı olmalıdır. Nəcəf SOCAR-dakı işlərindən baş aça bilsə, bu toplantı baş tutacaq. Yəni toplantının vaxtını sədr müəyyən etməlidir.