Mövsüm sonunda Marselo ilə yollarını ayıracaq “Real” rəhbərliyi indidən onun əvəzinə hansı futbolçunu gətirəcəyini götür-qoy edir.

Rekord.az xəbər verir ki, “kral klubu”nun siyahısında 3 müdafiəçi var.

İspaniya nəhəngi Anhelinyo(“Leypziq”), Serxio Reqilyon (“Tottenhem”) və Xose Luis Qaya (“Valensiya”) arasında seçim edəcək.

​Klub hər 3 futbolçu ilə danışıq aparır.