
“Real”ın iki futbolçusu üçün mövsüm bitib
- 15:40
- 34
İspaniya La Liqasının 35-ci turunda baş tutan "Barselona" ilə oyundan sonra "Real”ın iki futbolçusu zədələnib.
Rekord.az xəbər verir ki, braziliyalı hücumçu Vinisius Junior və ispaniyalı müdafiəçi Lukas Vaskes zədə səbəbindən mövsümün qalan hissəsini buraxacaqlar.
Hücumçu ayaq biləyindən, müdafiəçi isə sol budundan zədə alıb.
“El klasiko” “Barselona”nın 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. Kataloniya komandası hazırda 82 xalla turnir cədvəlində liderdir. İkinci pillədə olan paytaxt təmsilçisinin isə 75 xalı var.