İspaniyanın "Real" (Madrid) komandasının sol cinah müdafiəçisi Ferlan Mendi yaşıl meydanlara qayıtdıqdan cəmi bir həftə sonra növbəti dəfə zədənib.


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


30 yaşlı fransalı futbolçu sağ budundan zədə alıb və onun vəziyyəti ilə bağlı bərpa prosesinin müddəti sonradan müəyyənləşdiriləcək.


Mendi noyabrın 26-da UEFA Çempionlar Liqasının əsas mərhələsində "Olimpiakos"a (4:3) qarşı oyunda 90 dəqiqə meydanda olub. O, aprel ayından bəri ilk rəsmi matçına çıxmışdı.


Mendi ötən mövsüm "Real"ın heyətində bütün turnirlər üzrə 31 oyunda iştirak edib və 2 qol ötürməsi ilə yadda qalıb.