
“Real”ın futbolçusu koronavirusa yoluxub
- 11 Apr 2022 21:00
- 412
İspaniyanın “Real” komandasının müdafiəçisi Xesus Valyexo koronavirusa yoluxub.
Rekord.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.
25 yaşlı futbolçunun sonuncu COVİD-19 testi pozitiv çıxıb. Bu üzdən də o, karantinə alınıb və komandanın “Çelsi” ilə oyun üçün açıqlanmış heyətində yer almayıb.
“Real” sabah UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda İngiltərənin “Çelsi” komandasını qəbul edəcək. Komandalar arasındakı ilk görüşdə Madrid təmsilçisi 3:1 hesablı qələbəyə sevinib.