“Real”ın futbolçusu Fransada ən yaxşı seçildi
- 18:00
- 39
Müqavilə ilə "Real"a məxsus olan və icarə əsasında Lion “Olimpik”ində çıxış edən Endrik fevral ayı üçün Fransa 1-ci Liqasında ən yaxşı futbolçu seçilib.
Rekord.az xəbər verir ki, bu barədə yarışın mətbuat xidməti məlumat yayıb.
Braziliyalı forvard Fransa çempionatında fevral ayında 4 oyuna çıxıb. O, bu matçlarda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
Xatırladaq ki, Endrik yanvar ayında da ən yaxşı oyunçu seçilmişdi.