“Real”ın futbolçusu 3-4 ay yaşıl meydanlardan kənarda qalacaq
- 20:30
- 26
İspaniyanın "Real" klubunun futbolçusu Eder Militao 3-4 ay yaşıl meydanlardan kənarda qalacaq.
Rekord.az yerli mətbuata istinadən xəbər verir ki, buna 27 yaşlı müdafiəçinin La Liqanın 15-ci turunda "Selta" ilə matçda zədələnməsi səbəb olub.
Braziliyalı oyunçunun sol ayağındakı zədəsinin ciddi olduğu aşkarlanıb.
"Selta" "Real"ı səfərdə iki cavabsız qolla üstələyib. Militao zədələndiyi üçün 24-cü dəqiqədə əvəzlənib.