İspaniyanın “Real” komandasının baş məşqçisi Karlo Ançelotti koronavirusa yoluxub.

Rekord.az xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb.

63 yaşlı mütəxəssisin sonuncu COVİD-19 testi pozitiv çıxıb. Bu üzdən karantinə alınan italiyalı baş məşqçi qarşıdakı oyunlarda komandasının yanında ola bilməyəcək.

“Real” aprelin 2-də La Liqanın 30-cu turu çərçivəsində “Selta”nın qonağı olacaq.