
"Real"dan qələbə
- 27 Fev 2022 03:10
- 501
İspaniya La Liqasında 26-cı turun oyunları davam edir.
Rekord.az xəbər verir ki, "Real" bu dəfə səfərdə "Rayo Vallekano" ilə qarşılaşıb.
Madrid təmsilçisi 1:0 hesabı ilə qalib gəlib. Görüşdə yeganə qolu 83-cü dəqiqədə Kərim Benzema vurub.
Qeyd edək ki, "Real" hazırda turnir cədvəlində 60 xalla 1-ci, "Rayo Vallekano" isə 31 xalla 12-cidir.