“Real” yayda bir neçə futbolçu ilə yollarını ayırmağa hazırlaşır.

Rekord.az xəbər verir ki, onlardan biri belçikalı yarımmüdafiəçi Eden Hazard olacaq.

“Real” Hazarddan başqa, Qaret Beyl, Marselo, İsko, Luka Yoviç və Mariano Diasla yollarını ayırmağı planlaşdırır.

Bu futbolçuların, eləcə də, Hazardın mümkün gedişi, “Real”ı maaş cədvəlində təxminən 110 milyon avrodan azad edə bilər.