İspaniyanın "Real" klubu futbolçusuu Toni Kroosun müqaviləsinin müddətini uzadıb.

Rekord.az Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2024-cü ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, 2014-cü ildən "Real"da çıxış edən almaniyalı oyunçu bu müddət ərzində 3 dəfə La Liqanın, 4 dəfə Çempionlar Liqasının, eyni sayda UEFA Super Kubokunun, 5 dəfə klublararası dünya çempionatının, 1 dəfə İspaniya Kubokunun, 3 dəfə isə İspaniya Super Kubokunun qalibi olub.