“Real”ın hücumçusu Kilian Mbappe noyabrın ən yaxşı oyunçusu seçilib.


Rekord.az xəbər verir ki bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


Fransalı forvard azarkeşlərin səsverməsində Tibo Kurtua, Eder Militao, Vinisius Junior və Arda Gülərdən üstün olub. O, noyabrda “kral klubu”nun 6 matçında iştirak edib, 7 qol vurub və 1 məhsuldar ötürmə verib.


Xabi Alonsonun komandası La Liqada 15 turdan sonra 36 xal toplayaraq, turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Lider “Barselona” ilə xal fərqi 1-ə bərabərdir.