Madrid “Real”ı yarımmüdafiəçisi Dani Sebalyosla müqavilənin müddətini artırıb.

Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı futbolçu ilə yeni sözləşmə 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

“Betis”in yetirməsi olan Sebalyos 2017-ci ildən formasını geyindiyi “Real”da 120 oyuna 6 qol vurub.

“Real” daha öncə Toni Kroos və Naço Fernandeslə də yeni müqavilə bağlamışdı.