"Real" ciddi itkiylə üzləşib.

Rekord.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Madrid təmsilçisinin yarımmüdafiəçisi Kazemiro zədələnib. 

Braziliyalı futbolçu zədə səbəbindən La Liqada "Osasuna"ya qarşı keçirəcəkləri oyunu buraxacaq.

​Qeyd edək ki, sabah keçiriləcək "Osasuna" - "Real" matçı Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.