
"Real" yeni futbolçu almayacaq
- 30 Dek 2022 17:21
- 410
"Real" qış transferi pəncərəsində heyətinə yeni futbolçu cəlb etməyəcək.
Rekord.az İspaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə Madrid təmsilçisinin baş məşqçisi Karlo Ançelotti məlumat verib:
"Yanvarda yeni oyunçulara ehtiyacımız yoxdur, bazarımız bağlıdır. Bəlkə kimsə gedəcək - biz bunu müzakirə edəcəyik. Endriklə müqavilə imzalamışıq. O, ən yaxşı istedadlardan biridir. Keçən il Enriki gördüm və bir az danışdıq. O, 2024-cü ildə bizə qoşulacaq".