"Real"ın prezidenti Fiorentino Peres 2021/22 mövsümündə La Liqa və Çempionlar Liqasının qalibi olan komandanın üzvlərini mükafatlandırıb.

Rekord.az xəbər verir ki, məlumatı "Marca" nəşri yayıb. Klub rəhbəri hər bir futbolçuya 1,3 milyon avro ödəniş edib.

Oyunçular La Liqa çempionluğuna görə 500 min avro, Çempionlar Liqasında qələbəyə görə isə 800 min avro əldə edib.