"Real" "Napoli"nin hücumçusu Viktor Osimheni transfer etmək üçün klubu ilə danışıqlara başlayıb.

Rekord.az “Football Espana”ya istinadən xəbər verir ki, "kral klubu" Erlinq Haalandın transferi üçün "Borussiya"dan müsbət cavab ala bilmədiyinə görə bütün diqqətini Osimhenin transferinə yönəldib.

Məsələ burasındadır ki, Neapol klubu Osimhen üçün 120 milyon avro tələb edir.

"Real" nigeriyalı forvard üçün "Napoli"yə 80 milyon və 2 futbolçusunu təklif edib.