İspaniyanın "Real" klubu futbolçusu Naço Fernandeslə müqavilənin müddətini uzadıb.

Rekord.az Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçinin yeni sözləşməsi 2024-cü yayında başa çatacaq.

"Real"ın yetirməsi olan Naço Fernandes 2011-ci ildən əsas komandadadır. O, bu müddət ərzində 5 dəfə UEFA Çempionlar Liqasının, 4 dəfə UEFA Super Kubokunun 3 dəfə La Liqanın, 5 dəfə klublararası dünya çempionatının, 2 dəfə İspaniya Kubokunun, 4 dəfə İspaniya Super Kubokunun qalibi olub.

"Kral klubu" daha əvvəl Toni Kroosun müqaviləsinin müddətini artırıb.