
“Real” Benzemanın getdiyini rəsmən açıqladı
- 04 İyn 2023 14:30
- 392
İspaniyanın "Real" klubunun ulduzu Kərim Benzema Madrid təmsilçisini tərk edib.
Rekord.az xəbər verir ki, informasiyanı İspaniya nəhənginin rəsmi saytı yayıb.
Daha öncə Benzemanın Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubundan hər mövsüm üçün 100 milyon avro və müxtəlif bonuslar fonunda 2 illik müqavilə təklifi aldığı ilə bağlı məlumat yayılmışdı.
“Real” ötən gün Marko Asensio, Eden Hazard və Mariano Diasla da yollarını ayırmışdı.