"Real Madrid" gənclər və idman naziri Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib.

Rekord.az xəbər verir ki, bu barədə klubun Gənclər və İdman Nazirliyinə ünvanlanan məktubunda deyilir.

"Real"ın icraçı vitse-prezidenti Enrike Sançes Qonsales nazirin ölüm xəbərindən dərindən kədərləndiklərini bildirib.

Vitse-prezident "Real" adından nazirin yaxınlarına və ailəsinə başsağlığını ifadə edib.