Mərakeşdə keçirilən klublararası dünya çempionatına yekun vurulub.

Rekord.az xəbər verir ki, finalda İspaniyanın “Real” və Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandaları qarşılaşıblar.

Məhsuldar alınan matç Avropa təmsilçisinin qələbəsiylə yekunlaşıb. Beləcə, “Real” tarixində beşinci dəfə mundialın qalibi olub. Madrid təmsilçisi daha öncə 2014, 2016, 2017 və 2018-ci illərdə də DÇ-nin qalibi olmuşdu.

Finaldan öncə isə üçüncü yer uğrunda matç baş tutub. Braziliyanın “Flamenqo” komandası Misirin “Əl-Əhli” kollektivi üzərində inamlı qələbə ilə dünya üçüncüsü olub.

Klublararası dünya çempionatı
11 fevral

Üçüncü yer uğrunda oyun

Əl-Əhli (Misir) - Flamenqo (Braziliya) 2:4
Qol: Abdelkader, 38; 60 – Barboza, 11-pen; 85-pen. Pedro, 77; 90+1.

Final

Real (İspaniya) - Əl-Hilal (Səudiyyə Ərəbistanı) 5:3
Qol: Vinisius Junior, 13; 69. Valverde, 18; 58. Benzema, 54 – Mareqa, 26. Vietto, 63; 79.