
Rauf Əliyevin "Şamaxı"ya keçidi niyə baş tutmadı: süni örtük, yoxsa yüksək maaş tələbi?
- 28 Yan 2023 10:00
- 532
"Kəpəz"dən ayrılaraq karyerasını başa vuran Rauf Əliyevin bir ara "Şamaxı"ya keçəcəyi deyilirdi.
Rekord.az xəbər verir ki, hətta tərəflər arasında danışıqlar da olmuşdu.
Lakin sonradan keçid baş tutmadı. Bunun səbəbinə gəlincə, deyilənə görə, futbolçunun dizində zədə olub və süni örtükdə məşq edib oynamağa risk etməyib. Digər məlumata görə isə, Raufun istədiyi maaş "Şamaxı" üçün çox olub və danışıq baş tutmayıb.