
Rauf Əliyevə vaxt verilib
- 10 Sen 2022 15:00
- 649
"Səbail"lə oyunda qırmızı vərəqə alan və 5 oyunluq cəzaalandırılan Rauf Əliyev Tərlan Əhmədov tərəfindən əvəzedici komandaya göndərilib.
Lakin Rekord.az xəbər verir ki, Əliyev əvəzedici komandanın məşqlərinə qatılmaqdan imtina edib.
Məhz bundan əsəbləşən Əhmədov də futbolçunun birdəfəlik göndərilməsini istəyir. Klub rəhbərliyi də Bakıda olan Raufla əlaqə saxlayıb onu Gəncəyə qayıtmağa və əvəzedici komandanın məşqlərinə qoşulmağa dəvət edib. Əks halda müqaviləyə birtərəfli qaydada xitam veriləcək və futbolçu təzmina da ala bilməyəcək.