Xəbər verdiyimiz kimi, "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov "Səbail"lə oyunda aldığı qırmızı vərəqə səbəbindən 5 oyunluq cəzaya məruz qalan Rauf Əliyevin xidmətində maraqlı olmadığını deyib, onu əvəzedici komandaya göndərib. 

Rekord.az xəbər verir ki, həmin gündən tərəflər arasında gərginlik yaranıb.

"Kəpəz"in əvəzedici komandasının baş məşqçisi Xaliq Mərdanov Raufun xidmətində maraqlı olduğunu açıqlayıb. Lakin iş ondadır ki, Rauf özü əvəedici komandada oynamaq istəmir. Bu üzdən də məşqlərə qatılmır və oturub Bakıda. Deyilənə görə, başqa təklif alacağı təqdirdə transfer vərəqini alıb "Kəpəz"dən birdəfəlik ayrılmaq istəyir.