PSJ-nin futbolçusu Serxio Ramos növbəti dəfə zədələnib.

Rekord.az Paris təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 36 yaşlı müdafiəçi məşqdə ayağından xəsarət alıb.

İspan müdafiəçinin yaşıl meydanlara nə vaxt qayıdacağı bilinmir.

2021-ci ilin yayında "Real Madrid"dən ayrılaraq azad agent qismində PSJ-yə keçən Ramos zədə səbəbindən yalnız 5 oyunda forma geyinib və 1 qol vurub.