Ramos “Monterrey”dən ayrıldı
- 14:00
- 26
Məşhur futbolçu Serxio Ramos “Monterrey”dən ayılıb.
Rekord.az xəbər verir ki, bu barədə 39 yaşlı müdafiəçi öz sosial şəbəkə hesablarında paylaşım edib.
O, “Toluka”ya 2:3 hesabı ilə uduzduqları matçın onun üçün sonuncu oyun olduğunu bildirib:
“Bu, mənim Meksikadakı son oyunum idi. Məyusuq, amma vicdanımız rahatdır. Meydanda əlimizdən gələni etdik. Dəstəyə görə hamıya təşəkkür edirəm. İrəli, “Monterrey”!
Cavab görüşündə “Monterrey”in 2:3 hesablı məğlubiyyəti və ilk oyundakı 1:0 hesablı minimal üstünlük komandanı növbəti mərhələyə daşımağa kifayət etməyib. Daha yüksək mövqedə olduğu üçün Meksikanın hazırkı çempionu “Toluka” finala adlayıb və helledici matçda “Tiqres”lə qarşılaşacaq.