
Ramil Şeydayev yenidən özünü Rusiyada sınamaq istəyir
- 10 Mar 2023 17:00
- 1679
Mövsümün sonunda "Qarabağ"la müqaviləsi bitən Ramil Şeydayev hələ də yeni müqavilə bağlamağa tələsmir.
Rekord.az xəbər verir ki, daxili arenada onu "Neftçi"nin transferf etmək istəyində olduğu deyilir.
Daxil olan yeni bir məlumata görə isə, Şeydayev yenidən Rusiyaya qayıtmaq variantı haqda da düşünür. Onun xidmətində maraqlı olan 1-2 klub da var. Bir sözlə, futbolçunun beyni bu aralar yaman qarışıb. Yəqin ki, onun yekun qərarını açıqlama üçün hələ bir müddət də gözləməli olacağıq.
Futbolçu məsələ barədə şərh verməyib.