Polşa çempionatında 29-cu turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Rahil Məmmədovun çıxış etdiyi LKS də növbəti matçına çıxıb.

Sözügedən komanda evdə “Lex”lə qarşılaşıb və məğlubiyyətlə üzləşib – 2:3.

Start heyətdə meydana çıxan Rahil sona qədər oynayıb.

LKS hazırda 21 xalla 17-ci pillədə qərarlaşıb.