
Rahid Əmirquliyevdən "Xan Lənkəran" açıqlaması
- 06 Apr 2022 17:35
- 703
“Xan Lənkəran”ın gələn mövsümdən birinci divizionda oynaması sevindirici haldır”.
Rekord.az xəbər verir ki, bunu apasport.az saytına açıqlamasında “Səbail”in kapitanı Rahid Əmirquliyev deyib.
Uzun illər “Xəzər Lənkəran”ın formasını geyinmiş 33 yaşlı yarımmüdafiəçi hazırda Region Liqasında mübarizə aparan “Xan Lənkəran”ın gələn mövsüm I Diviziona buraxılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. O, Lənkəran təmsilçisini Premyer Liqada görmək arzusunu gizlətməyib: “Lənkəranlı azarkeşlər hətta I divizion yox, Premyer Liqaya layiqdirlər. Lənkəranın komandası elitada çıxış etməlidir”.
“Xan Lənkəran”ın maraq dairəsində olan Azərbaycan millisinin sabiq üzvü bu komandadan hələ təklif almadığını deyib. Amma o, I Divizionda oynamasını istisna etməyib: “Məni komandaya cəlb etmək istəmələrindən xəbərsizəm. Bu barədə heç kimlə danışmamışam. “Xan Lənkəran” rəhbərliyi və ya məşqçisi ilə görüşüm olmayıb. Birinci divizionda oynamağıma gəlincə, buna indidən cavab vermək çətindir. Futboldur, hər şey ola bilər. Mövsümün sonunu gözləyək, ondan sonra bəlli olacaq”.
Qeyd edək ki, Rahid Əmirquliyev 2006-2016-cı illərdə “Xəzər Lənkəran”ın formasını geyinib.