Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə Dünya Olimpiya Təsnifat turniri davam edir.

Rekord.az xəbər verir ki, üçüncü yarış günündə yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. 

Murad Məmmədov startda olduqca təcrübəli Norveç güləşçisinə qalib gəlib. Həmyerlimiz 1/8 finalda Belarus güləşçisindən güclü olub. Lakin növbəti mərhələdə Koreya təmsilçisi keçilməz olub.

İlyarımlıq fasilədən sonra yarışa çıxan Rəsul Çunayev ilk mərhələdə Molvoda təmsilçisiylə gərgin mübarizə şəraitində keçən görüşdən qalib ayrılıb. Çunayev daha sonra yerli güləşçini xalçadan məyus yola salıb. Ancaq 1/4 finalda Ukrayna güləşçisinə uduzub.

Rafiq Hüseynov təsnifat mərhələsini güləşmədən keçib. Buna səbəb koreyalı rəqibinin yarışda iştirak etməməsi olub. Təcrübəli güləşçimiz növbəti mərhələdə Hindistan idmançısına cəmi 48 saniyə ərzində tam üstünlüklə qalib gəlib. Hüseynov 1/4 finalda Əlcəzair güləşçisini də vaxtından əvvəl üstələyərək yarımfinala yüksəlib. Həlledici görüşdə Serbiyanın dünya çempionu Viktor Nemesə də gücünü göstərən Rafiq Olimpiadaya sonuncu - 7-ci lisenziyamızı qazanıb.

Murad Lokyayev ilk görüşdə İtaliya təmsilçisinə uduzub.

Beka Kandelaki turnirə norveçli rəqibi üzərində inamlı qələbəylə start verib. Ancaq daha sonra Polşa idmançısına məğlub olub.

60 kq
Təsnifat: Murad Məmmədov - Stiq Andre Berqe (Norveç) 4:1
1/8 final: Murad Məmmədov - Maksim Kajarski (Belarus) 3:1
1/4 final: Murad Məmmədov - Hanyae Çunq (Koreya) 1:2

67 kq
Təsnifat: Rəsul Çunayev - Donior İslamov (Moldova) *4:4
1/8 final: Rəsul Çunayev - Deyvid Dimitrov (Bolqarıstan) 6:0
1/4 final: Rəsul Çunayev - Pərviz Nəsibov (Ukrayna) 2:3

77 kq
Təsnifat: Rafiq Hüseynov - Hyenvu Kim (Koreya) +:-
1/8 final: Rafiq Hüseynov - Qurpret Sinq (Hindistan) 8:0
1/4 final: Rafiq Hüseynov - Abd Elkrim Ouakali (Əlcəzair) 9:0
1/2 final: Rafiq Hüseynov - Viktor Nemes (Serbiya) 4:1
Final: Rafiq Hüseynov - Aik Mnatsakanyan (Bolqarıstan)

97 kq
1/8 final: Murad Lokyayev - Nikolos Kakelaşvili (İtaliya) 4:6

130 kq
1/8 final: Beka Kandelaki - Oskar Marvik (Norveç) 7:0
1/4 final: Beka Kandelaki - Rafal Krayevski (Polşa) 4:4*