
Qvardiolaya 12 milyonluq təklif
- 07 Apr 2022 20:20
- 468
Braziliya Futbol Federasiyası "Mançester Siti"nin çalışdırıcısı Pep Qvardiolanı millinin baş məşqçi təyin etmək istəyir.
Rekord.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
Bildirilib ki, mütəxəssis DÇ-2022 başa çatdıqdan sonra yığmadan gedəcək baş məşqçi Titenin əvəzinə əsas namizəddir. Artıq federasiya Qvardiolanın qardaşı və agenti Pere Qvardiola ilə əlaqə saxlayıb. Pepə vergiləri çıxmaq şərti ilə illik 12 milyon avro maaşla 2026-cı il dünya çempionatına qədər müqavilə təklif olunub.
Qeyd edək ki, Qvardiola 2016-cı ildən "Mançester Siti"ni çalışdırır.