"Mançester Yunayted"in sabiq müdafiəçisi Qari Nevill İngiltərə Premyer Liqasının 22-ci turunda "Tottenhem"ə uduzan (0:1) "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiolanı tənqid edib.

Rekord.az xəbər verir ki, o ispaniyalı mütəxəssisi "axmaq" da adlandırıb.

Səbəbini isə bu cür izah edib: "Mançester Siti" "Tottenhem"ə uduzandan sonra ilk dəfə "Arsenal"ın çempion olcağını düşünməyə başladım. Qvardiola axmaqlıq edir.  Mən bilmirəm o, Kevin De Bruyne niyə oynatmır. Həmçinin, İlkay Gündoğan niyə oynamır, onu da bilmirəm. Ruben Dias niyə hələ də müdafiənin mərkəzinə qaytarılmır? İki həftə əvvəl "Mançester Siti"nin çempion olacağını düşünürdüm. Bu dəfə isə fərqli düşünürəm".