"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Rahim Sterlinqi komandada saxlamaq istəyir.

Rekord.az xəbər verir ki, ispan mütəxəssis hücumçu ilə müqaviləni uzatmaq üçün “yaşıl işıq” yandırıb.

Məlumat görə, futbolçu ilə klub nümayəndələri arasında danışıqlar bir müddətdir ki, aparılır.

Amma Qvardiola bu prosesdə iştirak etmir. Lakin o, klub rəhbərliyinə məlumat çatdırıb ki, Sterlinqin qalmasını istəyir. Hücumçunun hazırkı müqaviləsi 2023-cü ilin yayında başa çatır.

27 yaşlı Sterlinq bu mövsüm bütün turnirlərdə 32 oyunda 13 qol vurub və 5 məhsuldar ötürmə edib.