"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola kluba transfer gündəmdə olan Erlinq Haalandla bağlı açıqlama verib.

Rekord.az xəbər verir ki, ispaniyalı mütəxəssis Dortmund "Borussiya"sının hücumçusunun transferi barədə xəbərlərlə maraqlanmadığını bildirib:

"Erlinq Haalandla bağlı xəbərlərlə maraqlanmıram. Növbəti mövsüm üçün klubda nələrin baş verəcəyi ilə bağlı beynimdə başqa narahatlıqlar var".

İngiltərə mətbuatı "Mançester Siti"nin 63 milyon funt-sterlinq qarşılığında norveçli forvardın keçidini həll etdiyini yazıb.