“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola yaxın günlərdə klub rəhbərliyi ilə görüşəcək.

Rekord.az xəbər verir ki, “Daily Mail”n yaydığı məlumata görə, görüş Əbu Dabidə olacaq.

Tərəflər Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında klubun gələcək planlarını müzakirə edəcəklər. Qvardiolanın müqaviləsinin müddəti 2023-cü ilin yayında başa çatacaq. Ona görə də qarşıdakı görüş onun MS-də qalıb-qalmayacağını müəyyənləşdirmək üçün də əhəmiyyət daşıyır. İspaniyalı mütəxəssis “şəhərlilər”i 2016-cı ildən çalışdırır.