Pep Qvardiola ən azı iki mövsüm "Mançester Siti"nin baş məşqçisi postunda çalışacaq.

Rekord.az xəbər verir ki, İngiltərə mətbuatı 2025-ci ilin yayında onun klubu tərk edəcəyini yazıb.

Maraqlıdır ki, baş məşqçi yazılanlara şərh verməyib. "Mançester Siti"nin baş direktoru Ferran Soriano isə mətbuata açıqlamasında Qvardiolanın ən azı 2.5 il onlara qalacağına zəmanət verib. Ondan sonra isə necə olacağını deməkdə çətinlik çəkib.