"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının 1/4 finalında "Atletiko" ilə oyun öncəsi fikirlərini bildirib.

Rekord.az BBC-yə istinadən xəbər verir ki, o, bu mərhələdə hər bir rəqibin çətin olduğunu deyib: "Çünki hər kəsin öz oyun tərzi var. Uyğunlaşmaq və köklənmək lazımdır. Çempionlar Liqası matçlarından əvvəl həmişə çox düşünürəm. Yəqin buna görə də bu turnirdə yaxşı nəticələrim var. Həmişə eyni şəkildə oynasam, darıxdırıcı olar. Bu gün ruhlandım və oyun günü inanılmaz taktika nümayiş etdirəcəyəm, 12 oyunçu ilə oynayacağıq".

Qeyd edək ki, bugün keçiriləcək "Mançester Siti" - "Atletiko" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.