
Qvardiola "Arsenal" üzərindəki qələbəni şərh etdi
- 16 Fev 2023 11:42
- 355
"Arsenal"ı səfərdə 3:1 hesabı ilə məğlub edərək zirvəyə yüksələn "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola oyunla bağlı fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, oyunu iki fərqli hissəyə bölüb: "Arsenal" ilk hissədə çox yaxşı oynadı. Bizim oyunumuzda intensivlik çatmırdı. Fasilədən sonra isə daha aqressiv oynamağa başladıq. İlk dəqiqələrdən pressinq tətbiq etdik. Rəqibin mərkəz xəttində epizod yaradacaq ehtiyat qüvvə yox idi".