Qusar Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin və Qusar Olimpiya İdman Kompleksinin dəstəyi ilə “Quba - İdman Paytaxtı 2024” çərçivəsində yunan-Roma güləş idman növü üzrə U-17 zona birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, birincilikdə Sumqayıt şəhər, Abşeron, Quba, Qusar, Zəngilan, Qubadlı rayonlarından 71 nəfər idmançı mübarizə aparmışdır.

Qeyd edək ki, zona birinciliyin qalibləri Respublika birinciliyinə vəsiqə qazanmışlar.