Qusar rayon Mədəniyyət evində Quba-Xaçmaz Regional Gənclər və İdman idarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş veteranlar arasında nərd idman növü üzrə Qusar rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, tədbirdə Qusar rayonu üzrə gənclər və idman sektorunun müdiri Emil Əmirmətov və sektorunun əməkdaşları iştirak etmişlər.

15 nəfər veteran idmançının iştirak etdiyi yarışın keçirilməsində məqsəd rayonda nərd idmanın inkişaf etdirilməsi, sağlam həyat tərzinin təbliği və asudə vaxtının səmərəli təşkilidir.

Sonda qalib gəlmiş veteran idmançılar Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif edilmişlər.