Qusarda stolüstü tennis üzrə təlim məşqlər keçirilmişdir
- 18 Noy 2023 11:00
- 336
Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Qusar şəhər 3 saylı tam orta məktəbinin idman zalında "İdman hamı üçün" layihəsi çərçivəsində stolüstü tennis idman növü üzrə təlim məşqlər keçirilmişdir.
Rekord.az xəbər verir ki, məşqçi-müəllim Elşad Pənahovun rəhbərliyi ilə keçirilmiş təlimlərdə 30 nəfər idmançı iştirak etmişdir.
Məşqlərin keçirilməsində məqsəd idmançıların bu idman növünə marağının artırılması və rayonda inkişaf etdirilməsidir.