Qusar rayonu üzrə gənçlər və idman sektorunun inzibati binasında Quba-Xaçmaz Regional Gənçlər və İdman İdarəsinin Qusar rayonu üzrə gənçlər və idman sektorunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş gənclər arasında stolüstü tennis üzrə turnir keçirilmişdir.

Rekord.az xəbər verir ki, turnirdə 20 nəfər idmançı öz qüvvələrini sınamışdır.

Turnirin sonunda I yeri Vəlimətov İlkin, II yeri Kəbətov Rafik, III yeri isə Balakişiyev Fərid tutmuşlar.